ABŞ və İrana danışıqları məsafədən davam etdirməyi təklif etdilər


Vasitəçilər Vaşinqton və Tehranın mövqelərini tədricən birləşdirmək məqsədi ilə danışıqları məsafədən davam etdirmələrini təklif ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, onlayn ünsiyyətin davam etdirilməsi qarşılıqlı anlaşmaya nail olmaq naminə tərəflərin mövqelərini bir-birinə yaxınlaşdırmağa kömək edə bilər.
“Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ İranla danışıqları davam etdirmək və yaxın günlərdə İranın təkliflərinə cavab və əks təkliflər təqdim etmək niyyətindədir.
Qeyd edək ki, daha əvvəl “Al-Mayadeen” telekanalı İranın vasitəçilərə ABŞ ilə danışıqlara hazır olduğu üç mərhələli plan təqdim etdiyini bildirmişdi. Məlumata görə, İran tərəfi danışıqların birinci mərhələsinin müharibənin dayandırılmasına və İran və Livana qarşı hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanətlərin alınmasına yönəlməsini tələb edir. Müzakirələrin ikinci mərhələsində münaqişə bitdikdən sonra Hörmüz boğazının idarə olunması məsələsi müzakirə olunmalıdır. İranın təklifinə uyğun olaraq, üçüncü mərhələdə Tehranın nüvə dosyesi müzakirə olunacaq. Belə ki, İran tərəfi əvvəlki iki məsələ üzrə razılığa gəlmədən bu məsələni müzakirə etməkdən imtina edir.

DİGƏR XƏBƏRLƏR

Top