
ABŞ Prezidenti Donald Tramp monarxın ABŞ-yə səfəri zamanı Böyük Britaniya kralı III Çarlzla görüşərkən kral protokolunu pozub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” (DM) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp sevgi əlaməti olaraq kralın çiyninə toxunub ki, bu da kral protokolunun pozulmasıdır.
Belə ki, kral protokolu üçüncü tərəflərin kral ailəsi ilə hər hansı fiziki təmasa başlamasını qəti şəkildə qadağan edir.
Formal olaraq protokolun pozulması kimi görünsə də, ekspertlər bunu daha çox Amerika liderinin rəğbətini nümayiş etdirən “siyasi jest” kimi qiymətləndirirlər.
Qeyd edək ki, Britaniya monarxının 2007-ci ildən bəri ilk dövlət səfəri aprelin 30-dək davam edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz