
2026-cı ildə dünyanın ən varlı ölkələri arasında Avropa dövlətləri üstün mövqeyini qoruyur.
Yeniavaz.com xəbər verir ki, bu məlumat dünyanın aparıcı maliyyə xidmətləri platformalarından biri olan “HelloSafe” tərəfindən hazırlanan yeni hesabatda qeyd olunub.
Hesabatda vurğulanır ki, ənənəvi göstərici sayılan adambaşına düşən ÜDM (ümumi daxili məhsul) həmişə real mənzərəni əks etdirmir. Çünki bu yanaşma ölkə daxilində gəlirin hamıya bərabər paylandığını fərz edir. Məsələn, İrlandiya yüksək ÜDM göstəricisinə malik olsa da, bu rəqəmlər əsasən böyük beynəlxalq şirkətlərin fəaliyyəti ilə bağlıdır və əhalinin real gəliri ilə tam uyğun gəlmir.
Bu səbəbdən “HelloSafe” mütəxəssisləri yeni “Rifah İndeksi” hazırlayıb. İndeks 50-dən çox ölkəni gəlir, sosial bərabərlik və həyat səviyyəsi kimi meyarlar üzrə 100 ballıq sistemlə qiymətləndirir. Məlumatlar Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatı kimi qurumların statistikalarına əsaslanır.
Reytinqə görə, 2026-cı ildə dünyanın ən varlı ölkəsi Norveç olub. Ölkə yüksək milli gəlir və güclü sosial təminat sistemi ilə fərqlənir. İkinci yerdə İrlandiya, üçüncü yerdə isə Lüksemburq qərarlaşıb.
Ekspertlər bildirir ki, bu ölkələr iqtisadi güclə yanaşı, sosial bərabərliyi də təmin edə bildikləri üçün liderdirlər. Məsələn, yüksək gəlirə baxmayaraq, sosial bərabərsizlik səbəbindən Sinqapur reytinqdə daha aşağı mövqedədir.
Hesabatda diqqət çəkən məqamlardan biri də ABŞ ilə bağlıdır. Dünyanın ən böyük iqtisadiyyatlarından biri olsa da, ABŞ bu siyahıda yalnız 17-ci yeri tutur. Buna səbəb kimi sosial bərabərsizlik və nisbi yoxsulluq göstərilir.
Regionlar üzrə isə liderlər belədir: Afrikada Seyşel adaları, Cənubi Amerikada Uruqvay, Asiyada isə Sinqapur ön sıradadır.
“HelloSafe”nin “Rifah İndeksi 2026” hesabatına görə dünyanın ən varlı 20 ölkəsi aşağıdakı kimi olub:
Norveç – 77.65
İrlandiya – 75.06
Lüksemburq – 74.39
İsveçrə – 72.46
İslandiya – 72.23
Sinqapur – 66.43
Danimarka – 65.43
Hollandiya – 58.17
Belçika – 54.83
İsveç – 54.62
Qətər – 50.60
Almaniya – 50.41
Birləşmiş Ərəb Əmirlikləri – 50.22
Finlandiya – 49.13
Avstraliya – 46.24
Avstriya – 43.46
ABŞ – 43.39
Kanada – 39.44
Çexiya – 38.49
Fransa – 38.12
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz