
Şəban Həsənov idarə etdiyi “FAW” markalı yük avtomobilində yaranan texniki nasazlıq səbəbindən Yasamal rayonu ərazisindən keçən Kənar Dairəvi yolun 5-ci kilometrində məcburi dayanıb.
Yeniavaz.com Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, qanunvericilikdə nəzərdə tutulan təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, Ş.Həsənov avtomobilin arxa hissəsində, qısa bir məsafədə yerə 2 əşya düzməklə kifayətlənib.
“Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü Orxan Cavadov vəziyyəti gec qiymətləndirib və gəldiyi sürətlə də yük avtomobili ilə toqquşub.
Sükan arxasında diqqətinin yayındığı, yaxud yuxuladığı ehtimal edilən O.Cavadov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz