Məlumat mərkəzlərinin sayına görə hansı ölkələr liderdir? – Siyahı


Məlumat mərkəzləri süni intellektin (Sİ) təməlidir və süni intellektlə işləyən çatbot sorğularından tutmuş video yayımlarına və bulud əsaslı fayllara qədər geniş çeşiddə xidmətlər təklif edir.
Yeniavaz.com
“Euronews” telekanalına istinadla xəbər verir ki, bunlar məlumatların saxlanması, emalı və paylanması üçün istifadə olunan serverləri, saxlama sistemlərini və şəbəkə avadanlıqlarını yerləşdirən böyük obyektlərdir.
“Euronews” telekanalının “Cloudscene” platformasına istinadla verdiyi məlumata görə, 2025-ci ildə 5427 məlumat mərkəzi ilə ABŞ böyük fərqlə liderlik edir.
ABŞ-dən sonra iki böyük Avropa ölkəsi gəlir: Almaniya (529) və Böyük Britaniya (523).
Onlar texnoloji və innovativ güc mərkəzi kimi güclü mövqeyinə baxmayaraq, 449 məlumat mərkəzinə ev sahibliyi edən Çini geridə qoyur.
Kanada (337), Fransa (322) və Avstraliya (314) da 300-dən çox məlumat mərkəzinə malik ölkələr arasındadır. Hollandiya isə 298 məlumat mərkəzi ilə onlardan geri qalır.
Əksər ölkələrdə bu cür mərkəzlərin sayı 300-dən azdır.

DİGƏR XƏBƏRLƏR

Top