“Bizdə Xameneinin sağ olduğuna dair dəlillər var” – Rubio


ABŞ administrasiyası İranın Ali Lideri Müctəba Xameneinin sağ olduğunu güman edir.
Yeniavaz.com
xəbər verir ki, bunu dövlət katibi Marko Rubio “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.
“Bəli, bizdə onun sağ olduğuna dair dəlillər var. Əksini sübut edən heç bir dəlilimiz yoxdur”, - deyə o, məsələ ilə bağlı suala cavab olaraq qeyd edib.
Lakin Rubio onun Ali Lider kimi fəaliyyət qabiliyyəti barədə sualların olduğunu əlavə edib.
Qeyd edək ki, aprelin əvvəlində “The Times” qəzeti əldə etdiyi kəşfiyyat məlumatlarına istinadla İranın ali liderinin müalicə aldığını və qərar qəbuletmə prosesində iştirak etmədiyini bildirib.
Digər tərəfdən, aprelin 12-də “Reuters” agentliyi Xameneinin ayaq xəsarətləri də daxil olmaqla, ciddi xəsarətlər aldığını qeyd edib.
Aprelin 24-də isə  “The New York Times” qəzeti İranın Ali Liderinin üzündəki yanıqlar da daxil olmaqla ciddi zədələr aldığını və üçü ayağında, biri qolunda olmaqla bir neçə əməliyyat keçirdiyini bildirib.
Nəşr qeyd edib ki, Xamenei bir qrup həkimin nəzarəti altındadır və onun daha bir əməliyyata ehtiyacı ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top