Çin süni intellekt startapının “Meta”ya satışını dayandırdı


Çin hökuməti texnologiya nəhəngi “Meta”nın süni intellekt sahəsində ixtisaslaşmış yerli startap olan “Manus”u 2 milyard dollara almaq planını dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, Çinin Milli İnkişaf və İslahat Komissiyası (NDRC) yaydığı qısa bəyanatda yuxarıda qeyd olunan alışın ləğv edilməsi barədə qərarı elan edib.
Dekabr ayında elan edilən satınalma əvvəlcə qlobal uğur qazanmaq istəyən Çin startapları üçün müsbət bir model kimi qiymətləndirilib. Lakin, elandan qısa müddət sonra Pekin qanunsuz xarici investisiya və texnologiya ixracı ilə bağlı hərtərəfli araşdırma başladıb.
Çin texnologiya dairələri və hökumətlə əlaqəli mütəxəssislər “Manus”un dəyərli süni intellekt alqoritmlərinin geosiyasi rəqibin (ABŞ) əlinə keçməsinin strateji səhv olduğunu iddia ediblər.
Satınalma prosesi əsasən başa çatsa da, Pekinin müdaxiləsi hüquqi olaraq müqavilənin ləğvi deməkdir. “Meta” nümayəndələri iş saatlarından kənarda verilən bu qərarla bağlı hələlik rəsmi şərh verməyiblər.
“Manus” müstəqil qərar qəbul etməyə və mürəkkəb tapşırıqları yerinə yetirməyə imkan verən "agent süni intellekt" texnologiyası ilə xüsusilə diqqətəlayiq idi.
Analitiklər qeyd edirlər ki, Pekinin bu addımı təkcə “Meta” şirkətini deyil, həm də ABŞ-nin digər texnologiya nəhənglərini (“Google”, “Microsoft” və s.) Çin süni intellekt startaplarına investisiya qoymaqdan çəkindirə bilər.

DİGƏR XƏBƏRLƏR

Top