“Ev işləri ilə məşğul olan kişilərin evlilik şansı yüksəkdir”


Ev işləri və uşaq baxımı ilə məşğul olan kişilərin evlənmə ehtimalı daha yüksəkdir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Oksford Universitetinin apardığı araşdırmada qeyd edilib.
Araşdırma 12 inkişaf etmiş ölkədə toplanmış məlumatlara əsaslanır. 20–45 yaş arası 13 min 500 kişi və qadının cavabları təhlil edilib. Sorğular ev işləri, uşaq baxımı və gender rollarına münasibət kimi mövzuları əhatə edib.
Alimlər bu məlumatlar əsasında ölkələrdə ev işlərinin bölüşdürülməsini göstərən statistika hazırlayıblar.
Nəticələr göstərib ki, bərabərliyin daha az olduğu ölkələrdə qadınların kişilərlə birgə yaşama ehtimalı 20–50 faiz daha aşağıdır. Bu da qadınların ev işlərində fəal olan kişilərə daha çox üstünlük verdiyini göstərir.
Araşdırma müəllifləri deyir ki, ev işlərinin bölüşdürülməsi ailə qurmaq qərarına birbaşa təsir edir. Kişilər evdə daha fəal olanda münasibətlər daha sabit olur.

DİGƏR XƏBƏRLƏR

Top