"Neftın qiymətınin 60 dollardan yuxarı qalxacağına ümid etmək sadəlövlük olardı"

Son bir-neçə həftədə neftin dünya bazarındakı qiymətində qalxmalar və enmələr bir-birini əvəz etməkdədir. Bəs bu amil nə ilə əlaqədardır və neftin bu ilki qiymətlərində artıma ümid etmək olarmı? Məsələ ilə bağlı "Yeniavaz.com"un sualına cavabında tanınmış iqtisadçı, dövlət neft şirkətinin keçmiş prezidenti Sabit Bağırov dünya bazarında neftin qiymətinə yalnız iqtisadi deyil, həm də siyasi amillərin təsir etdiyini söylədi. Sabit Bağırov: "Bildiyiniz kimi neftin qiymətinin sürətlə aşağı düşməsinə səbəb Rusiyanın Krımı işğal etəmsi və Qərbin buna görə adı çəkilən ölkəni cəzalandırması, ona qarşı sanksiyalar tətbiq etməsi oldu. Bu isə öz növbəsində neft və qaz ölkəsi olan Rusiyaya milyardlarla dollar zərər vurdu. Bu gün də oxşar proseslərin getdiyini nəzərə alsaq, onda neftin dünya bazarında qiymətinin daha çox siyasi amillərdən asılı olduğu aydın şəkildə hiss edilir. Belə hesab edirəm ki, neftin qiymətində qalxmalar və düşmələr davam edəcək. Bütün hallarda neftın qiymətınin 60 dollardan yuxarı qalxacağına ümid etmək sadəlövhlük olardı. Zənnimcə ilin sonuna kimi də bu tendensiya davam edəcək və neftin dünya bazarında maksimum qiyməti 60 dolları keçməyəcək",-dedi.

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top