
Mərkəzi Seçki Komissiyasının sədri müəyyənləşib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, MSK-nın bu gün yeni tərkibdə keçirilən ilk iclasında Məzahir Pənahov yenidən qurumun sədri seçilib.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılaraq, qəbul edilib.
Milli Məclisin qərarına əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri təyin ediliblər:
Abdullayeva Sevinc Qurban qızı,
Cavadov Fuad Musa oğlu,
Əsgərov Bəxşeyiş Məmməd oğlu,
Əsgərova Nailə Şahmərdan qızı,
Həsənov Tofiq Eldar oğlu,
Xələfov Elçin Abuzər oğlu,
İbrahimov Ramiz Hilal oğlu,
Qasımov Rövzət Afət oğlu,
Qəhramanlı Almas Əlisultan qızı,
Quliyev Etibar Cəfər oğlu,
Məmmədov Elmar Eldar oğlu,
Məmmədov İlham Sabir oğlu,
Muxtarova Arifə Ağaverdi qızı,
Orucov Qabil Əhməd oğlu,
Paşayev Hüseyn Məmməd oğlu,
Pənahov Məzahir Məhəmməd oğlu,
Rəhimov Mikayıl Rəhman oğlu,
Şahbazov İlkin Zaur oğlu.
Aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Seç Komissiyasının əvəzedici üzvləri təyin ediliblər:
Cəlilova Aysel Zaur qızı,
Qarayeva Züriyə Ruslan qızı,
Mustafayeva Elnarə Eyyub qızı.
Tətbiqimizi yükləyə bilərsiniz