“Azərbaycanla sərhəddə əsgərlər avtomatların daraqlarını çantalarda saxlayırlar” – Paşinyan


Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası məntiqi müddət ərzində davam etdiriləcək və tamamlanacaq.
Yeniavaz.com
“Armtimes”a istinadən xəbər verir ki, bu fikirləri o, Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının yaranma günü münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı səsləndirib.
Paşinyan qeyd edib ki, Ermənistan müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq ölkənin bütün sərhəd keçid məntəqələri nəzarət altındadır və burada Ermənistan sərhədçiləri xidmət edir.
Baş nazir əlavə edib ki, artıq 2 ildir Azərbaycanla Ermənistan arasında 12 km-lik delimitasiya və demarkasiya olunmuş sərhəd sahəsi var və burada Ermənistanın sərhəd qoşunları xidmət aparır.
“Həmin 12 km-lik sahə Ermənistan ilə Azərbaycan sərhədinin bəlkə də yeganə hissəsidir ki, burada Ermənistan və Azərbaycanın silahlı qüvvələrinin nümayəndələri dəbilqəsiz, zirehli jiletsiz xidmət edirlər, avtomatların daraqları isə avtomatların üzərində deyil, çantaların içində saxlanılır”, – deyə Paşinyan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top