Ağ Ev Trampın tədbirlərdə zirehli jilet geyinməsini müzakirə edir – “Fox News”


ABŞ prezident administrasiyası Donald Trampın ictimai tədbirlərdə gülləkeçirməz jilet geyinməsi ilə bağlı məsələni müzakirə etməyə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.  
Məlumata görə bu cür müzakirələrə Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışma hadisəsi səbəb olub.
Qeyd edək ki, aprelin 25-də prezidentin də iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma baş verib. Şahidlərin sözlərinə görə, zaldan kənarda atəş açılıb və bundan sonra Məxfi Xidmət əməkdaşları dərhal Trampı mühasirəyə alıblar. Birinci xanım Melaniya Tramp, vitse-prezident J.D. Vens və Ağ Evin mətbuat katibi Kerolin Levitt də hadisə yerindən təxliyə ediliblər.
Atışma nəticəsində bir Məxfi Xidmət zabiti yaralanıb. O, güllə keçirməyən jileti sayəsində sağ qalıb. Atışmanı törədənin 31 yaşlı Kol Tomas Allen olduğu müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top