
“Ermənistan və Azərbaycan yaxın gələcəkdə delimitasiya prosesini davam etdirəcək”.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd qoşunlarının yaradılması münasibətilə keçirilən tədbirdə bildirib.
O xatırladıb ki, Ermənistan və Azərbaycan sərhədin 12 kilometrlik hissəni delimitasiya ediblər.
“Qarşıdakı dövrdə, əlbəttə ki, məntiqi bir müddət ərzində delimitasiyanı davam etdirəcək və tamamlayacağıq”, - deyə Paşinyan bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz