Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz…


Bu ilin ilk ayı ərzində Azərbaycana xarici ölkələrdən 6 min 235 ton portağal idxal edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan portağalın 1 kiloqramının orta gömrük dəyəri 75 sent (1,28 manat) olub.
Qeyd edək ki, idxal olunan portağal Azərbaycana bu ölkələrdən gətirilib:
İran – 5 min 964,3 ton (1 kiloqramının orta gömrük dəyəri 1,28 manat);
Türkiyə – 193,9 ton (1,20 manat);
Misir – 71,6 ton (1,88 manat);
İspaniya – 2,19 ton (2,38 manat);
Suriya – 1,78 ton (1,20 manat);
Cənubi Afrika Respublikası – 1,2 ton (2 manat).


Məlumat üçün onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan portağalın miqdarı artsa da, gömrük dəyərində heç bir dəyişiklik olmayıb. Belə ki, ötən ilin ilk 2 ayında Azərbaycana xarici ölkələrdən 5 min 766 ton portağal idxal edilib. Bu il olduğu kimi, ötən ildə də ən çox portağal İrandan idxal edilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top