Merkel iki ildə saç kəsimi üçün büdcədən 65 min avro xərcləyibmiş...


Almaniyanın keçmiş kansleri Angela Merkel bərbərlik və makiyaj xidmətlərinə dövlət büdcəsindən təxminən 65 000 avro xərcləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniya Bundestaqının mətbuat xidməti məlumat yayıb.
Almaniya hökumətinin Almaniya üçün Alternativ (AfD) parlament fraksiyasının sorğusuna verdiyi rəsmi cavaba görə, 1 iyul 2024-cü ildən 31 mart 2026-cı ilə qədər Merkelin bərbərlik və makiyaj xidmətlərinə çəkdiyi xərclər 64 677 avro təşkil edib.
Bundan əlavə, eyni dövrdə Merkel doqquz səfər edib və dövlət büdcəsindən 10 000 avrodan çox xərcləyib.
Almaniyanın keçmiş kansleri Olaf Şolts da öz növbəsində dörd səfər edib və 6000 avrodan çox xərcləyib.
Bundestaq qeyd edib ki, Almaniyanın keçmiş kanslerləri Angela Merkel və Olaf Şolts üçün ofis avadanlığına çəkilən ümumi xərclər (6 may 2025-ci ildən bəri) 2024-cü ilin ikinci yarısında 473 289 avro, 2025-ci ildə 1 443 212 avro və 2026-cı ilin birinci rübündə 408 174 avro təşkil edib".

DİGƏR XƏBƏRLƏR

Top