Qlobal hərbi xərclər 2,9 trilyon dollara yüksəlib


Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) tərəfindən 27 aprel tarixində yayımlanan illik hesabatda bildirilir ki, 2025-ci ildə qlobal hərbi xərclər 2,887 trilyon dollara yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, bu, ardıcıl 11-ci artım ili kimi qeydə alınıb və dünya üzrə hərbi xərclərin ÜDM-də payı 2,5%-ə çataraq 2009-cu ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Hesabata əsasən, ən çox hərbi xərclər edən üç ölkə – ABŞ, Çin və Rusiya birlikdə 1,48 trilyon dollar xərcləyib. Bu rəqəm qlobal hərbi xərclərin yarıdan çoxunu təşkil edir.
Məlumata görə, ABŞ-nin hərbi xərcləri 2025-ci ildə əvvəlki illə müqayisədə 7,5% azalıb. Eyni zamanda, NATO-nun Avropadakı 29 üzvü ümumilikdə 559 milyard dollar xərcləyib. Bu ölkələr arasında Almaniya xərclərini 24% artıraraq 114 milyard dollara, İspaniya isə 50% artıraraq 40,2 milyard dollara çatdırıb.
Asiya və Okeaniya regionunda isə hərbi xərclər 2025-ci ildə 681 milyard dollara yüksəlib ki, bu da əvvəlki illə müqayisədə 8,1% artım deməkdir. Bu regionda ikinci ən böyük hərbi büdcəyə malik olan Çin xərclərini 7,4% artıraraq 336 milyard dollara çatdırıb. Hesabatda qeyd olunur ki, bu vəsaitin böyük hissəsi ordunun modernləşdirilməsinə yönəldilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top