Özünü astronavt kimi təqdim edərək “Aydan gətirilən daşları” satırmış


Cənubi Afrika Respublikası (CAR) hüquq-mühafizə orqanları özünü “müstəqil Afrika kosmik missiyasının nümayəndəsi” kimi təqdim edən şəxsi saxlayıb.
Yeniavaz.com
xarici KİV-lərə istinadən xəbər verir ki, o, yerli kolleksiyaçılara əvvəlcədən sifariş əsasında guya Ay səthindən gətirilən daşlar satmaqla məşğul olub.
Məlumata görə, saxlanılan şəxs özünü “Afrikanın müstəqil kosmik missiyası”nı təmsil etdiyini iddia edərək, Ay səfərinə şəxsən hazırlaşdığını bildirib.
Yerli media hadisəni “yaradıcılıq və absurd elementləri ilə zəngin tipik yerli fırıldaq sxemi” kimi xarakterizə edir. İstintaq zamanı ortaya çıxıb ki, həmin şəxs daha əvvəl də özünü yol polisi kimi təqdim edərək oxşar saxtakarlıq hallarına yol verib.
Hazırda hüquq-mühafizə orqanları zərərçəkənlərin sayını və vurulan maddi ziyanı dəqiqləşdirir. Saxlanılan şəxsin fəaliyyətinin daha geniş miqyaslı olub-olmadığı araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top