Co Bayden: "Rusiya Avropadakı seçkilərə müdaxilə etməyə çalışacaq"

ABŞ-ın vitse prezidenti Co Bayden bildirib ki, Rusiyanın Avropadakı demokratik proseslərə müdaxilə etmək üçün cəhdlərə baş vuracağını istisna etmir. "Yeniavaz.com"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Bayden Davosdakı iqtisadi forumda çıxışında deyib: "Putinin rəhbərliyi altında Rusiya Avropa ölkələri arasında parçalanma salmaq, onların bəzilərini öz təsir dairəsinə qaytarmaq üçün bütün imkanlardan istifadə edəcək".

Bayden Aropanın bəzi ölkələrində qarşıdan gələn seçkilərə Rusiyanın müdaxilə cəhdlərinə baş vuracağı barədə xəbərdarlıq edib: "Rusiya Avropadakı seçkilərə müdaxilə etməyə çalışacaq. Məqsəd beynəlxalq liberal qaydaları dağıtmaqdır".

Xatırladaq ki, bu ilin yanvar ayının 6-da Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Tədqiqat Bürosu və Milli Təhlükəsizlik Xidmətinin birgə hazırladıqları hesabatda Rusiya ABŞ-dakı seçkilərə müdaxilə etməkdə günahlandırılıb. Öz növbəsində prezident Vladimir Putin Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi barədə iddiaları rədd edərək bunu iki ölkə arasındakı gərginliyi artırmaq cəhdləri kimi dəyərləndirib.

DİGƏR XƏBƏRLƏR

Top