
Bu gün Türkiyədə ard-arda iki dəfə zəlzələ olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, ilk hadisə yerli vaxtla saat 08:01-də Yedisu (Bingöl) bölgəsində 4,4 bal gücündə qeydə alınıb. Zəlzələnin dərinliyi 7 km olub.
40 dəqiqə sonra, yerli vaxtla 08:41-də Sındırgı (Balıkesir) bölgəsində isə dərinliyi 14,93 km olan 3,1 bal gücündə yeraltı təkanlar baş verib.
Tətbiqimizi yükləyə bilərsiniz