Polşa Rusiyaya qarşı ordu quracaq

Polşa Rusiya tərəfindən hərbi təzyiqə qarşı dura biləcək milli ordu yaratmaq niyyətindədir. “Yeniavaz.com”un AİF-ə istinadən verdiyi məlumata görə, bunu Polşanın müdafiə naziri Antoni Maçereviç deyib. Onun sözlərinə əsasən, Polşa bunu hələ öz gücü ilə edə bilmir, buna görə də ölkə ərazisində yerləşən ABŞ və NATO qoşunları fiziki müstəqilliyin zəmanətçisi olacaqlar. Nazir qeyd edib ki, ordu modernləşdirmə və hərbçi sayının artırılması ilə inkişaf etdirilir: “Ölkənin müstəqilliyinin qorunması üçün ərazi müdafiəsi qoşunlarının yaradılması önəm kəsb edir”.

DİGƏR XƏBƏRLƏR

Top