Bu gün “Neftçi” “Qarabağ” ilə qarşılaşır


Azərbaycan Premyer Liqasında 29-cu turun qarşılaşmaları davam edir.
Yeniavaz.com
xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Günün ilk matçında “Şamaxı” öz meydanında “Kəpəz”i qəbul edəcək. Turun ən maraqlı qarşılaşması isə “Neftçi” ilə “Qarabağ” komandaları arasında baş tutacaq.
Premyer Liqa, 29-cu tur – 26 aprel

“Şamaxı” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev
Məkan: Şamaxı şəhər stadionu
Başlama vaxtı: 16:00

“Neftçi” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov
Məkan: “Palms Sports Arena”
Başlama vaxtı: 19:00

DİGƏR XƏBƏRLƏR

Top