
Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz birinci yer uğrunda qarşılaşmada rusiyalı Musa Mextixanovla görüşüb.
Bazarqanov finalda rusiyalı idmançıya 8:6 hesabıyla qalib gələrək Avropa çempionu olub.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.
Tətbiqimizi yükləyə bilərsiniz