Rusiya Zelenskinin təklifinə cavab verdi


Rusiya Azərbaycan torpağında ABŞ və Ukrayna ilə danışıqlar apara bilər.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov “Podyom” nəşri ilə söhbətində deyib.
Bu təşəbbüsü qiymətləndirən Cabarov Bakını “normal yer” adlandırıb və qeyd edib ki, Rusiya ilə Azərbaycan hazırda yaxşı münasibətlərə malikdir:
“Əgər Bakı danışıqların bütün iştirakçıları üçün təhlükəsizliyi təmin etməyə hazırdırsa, düşünürəm ki, danışıqlar qrupumuzun üzvləri heç bir problem olmadan Azərbaycana səfər edə bilərlər”.
Qeyd edək ki, Azərbaycanda səfərdə olan Ukrayna lideri Volodimir Zelenski Moskva və Vaşinqton arasında üçtərəfli danışıqlar aparmağa hazır olduğunu bildirib. O, mümkün məkan kimi Azərbaycanı təklif edib.

DİGƏR XƏBƏRLƏR

Top