Qazaxıstanda Xəzərdə otuzdan çox ölü suiti aşkar edildi


Xəzər dənizinin Qazaxıstandakı hissəsində yerləşən Kulalı adasının sahilində otuz yeddi suiti cəsədi aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qazaxıstanlı ətraf mühit fəalı Daniyar Akimjanov alimlər və müvafiq orqanların iştirak etdiyi monitorinq kampaniyasından sonra məlumat yayıb.
“Monitorinq zamanı adanın sahil xəttinin bir neçə kilometri əhatə olunub və nəticədə 37 suiti cəsədi aşkar edilib. Bu suitilərdən yeddisindən nümunələr götürülüb”, -  fəal yazıb.
Qeyd edək ki, aprel ayının əvvəlində 97 ölü Xəzər suitisi Manqistau vilayətinin Tupkaraqan rayonunda aşkar edilib. Ötən payızda Qazaxıstanın Xəzər sahilində dəfələrlə ölü suitilər və qağayılar tapılıb. 
Xəzər suitisinə yalnız Xəzər dənizində rast gəlinir. Onun mövcudluğu dəniz ekosisteminin sağlamlığı barədə məlumat verir.

DİGƏR XƏBƏRLƏR

Top