
Almaniyanın idman və lüks avtomobil istehsalçısı “Porsche” şirkəti “Bugatti Rimac” və “Rimac Group” şirkətlərindəki payını beynəlxalq investorlar konsorsiumuna satıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
“Porsche” şirkəti “Bugatti Rimac” və “Rimac Group” şirkətlərindəki payını Nyu-Yorkda yerləşən investisiya şirkəti “HOF Capital”ın rəhbərlik etdiyi konsorsiuma satmağa razılıq verib. Əməliyyat üçün müvafiq müqavilələr aprelin 24-də imzalanıb. Əməliyyatın başa çatması müvafiq tənzimləyici orqanların təsdiqləri də daxil olmaqla, prosedur addımlarından sonra baş verəcək”, - şirkət açıqlamasında bildirib.
Qeyd edilib ki, “Porsche” və “Rimac Group” 2021-ci ildə “Bugatti” brendinin evinə çevrilən “Bugatti Rimac”ı təsis ediblər:
“Bu birgə müəssisədə “Porsche” 45% payına, “Rimac Group” isə 55% paya sahibdir. “Porsche” həmçinin “Rimac Group”un özündə 20,6% paya sahibdir. Bu gün elan edilən əməliyyatın bir hissəsi olaraq, “Porsche” səhmlərini “HOF Capital”ın rəhbərlik etdiyi konsorsiuma satmaqla hər iki şirkətdəki payını tamamilə sıfırlayacaq”.
Tərəflər, maliyyə hesabatı öhdəlikləri ilə tələb olunduğu hallar istisna olmaqla, əməliyyatın maliyyə şərtlərini açıqlamamaq barədə razılığa gəliblər.
Tətbiqimizi yükləyə bilərsiniz