
Kolumbiya dairəsi hakimiyyəti Kral III Çarlzın ABŞ-yə səfərindən əvvəl Ağ Evin yaxınlığında səhvən Britaniya bayraqları əvəzinə bir neçə Avstraliya bayrağını asıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, nümayiş olunan 230-dan çox Britaniya bayrağı arasında 15 Avstraliya bayrağı da olub. Kolumbiya dairəsi Nəqliyyat Departamentinin sözçüsü bildirib ki, səhv tez bir zamanda fərq edilib və bayraqlar dəyişdirilib.
Nəşr qeyd edir ki, III Çarlz rəsmi olaraq Avstraliya kralıdır, lakin bu rol əsasən tədbir xarakteri daşıyır.
Xatırladaq ki, Çarlzın aprelin 27-də başlayan səfəri ABŞ-nin Britaniya hakimiyyətindən müstəqillik bəyannaməsinin 250 illiyinə təsadüf edir. Kralın (onun ABŞ-yə ilk səfəridir) məqsədi İranla müharibə ilə bağlı gərginlik səbəbindən 70 ildə ən aşağı nöqtəyə düşən iki ölkə arasında “xüsusi münasibətləri” gücləndirməkdir.
Tətbiqimizi yükləyə bilərsiniz