
“Mançester Yunayted”in hücumçusu Ceydon Sanço bu yay “Borussiya Dortmund”a qayıda bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Mənbənin məlumatına görə, 26 yaşlı ingilis alman klubunda yenidən oynamaq istədiyini bildirib. Onun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir, ona görə də o, bu yay “Borussiya Dortmund”a pulsuz transferlə qoşula bilər.
Qeyd edək ki, Sanço əvvəllər 2017-ci ildən 2021-ci ilə qədər “Dortmund”da, eləcə də 2023/2024 mövsümünün ikinci yarısında icarə əsasında oynayıb. O, “Dortmund”da bütün yarışlarda 158 oyuna çıxıb, 53 qol vurub və 67 məhsuldar ötürmə edib.
Bu mövsüm Sanço “Aston Villa”da icarə əsasında çıxış edir. Hücumçu 31 matçda bir qol vurub və bir məhsuldar ötürmə edib. “Transfermarkt” futbolçunun transfer dəyərini 20 milyon avro olaraq qiymətləndirir.
Tətbiqimizi yükləyə bilərsiniz