
İran Parlamentinin Media və İctimaiyyətlə Əlaqələr Mərkəzi Parlament sədri Məhəmməd Bağır Qalibafın istefası ilə bağlı xəbərləri təkzib edib.
Yeniavaz.com xəbər verir ki, açıqlamada Qalibafın heç bir vəzifəsindən istefa vermədiyi bildirilib.
Bəyanatda həmçinin danışıqların növbəti mərhələsinin hələ müəyyən edilmədiyi vurğulanıb, ona görə də onun və ya başqa birinin İran nümayəndə heyətinə rəhbərlik edib-etməyəcəyi məsələsi müzakirə olunmayıb. Qeyd edilib ki, yayılan şayiələr ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır və Qalibaf öz vəzifələrini fəal şəkildə yerinə yetirməyə davam edir.
Qeyd etmək lazımdır ki, son günlərdə onun istefası ilə bağlı iddialar sosial yayılıb.
Tətbiqimizi yükləyə bilərsiniz