İslam Bazarqanov qızıl medal görüşünə çıxacaq


Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəlib.
Yeniavaz.com xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı Roberti Dinqaşvili ilə görüşüb.
Bazarqanov rəqibinə 11:1 hesabı ilə qalib gələrək həlledici raunda vəsiqə qazanıb.

Medal görüşü sabah baş tutacaq

DİGƏR XƏBƏRLƏR

Top