Əraqçi ABŞ ilə danışıqlar aparmaq üçün bu gün İslamabada gedə bilər


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ nümayəndələri ilə danışıqların ikinci mərhələsi üçün bu gün İslamabada gedə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” Pakistan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Həmçinin, Pakistanın dövlət televiziya kanalı PTV də bu barədə məlumat yayıb.
Mənbənin məlumatına görə, Əraqçi ilə birlikdə Pakistan paytaxtına kiçik bir İran nümayəndə heyəti də gələcək.
PTV-nin Pakistan hökumətindəki mənbələrinə görə, Amerika logistika və təhlükəsizlik mütəxəssisləri artıq İslamabaddadır.

DİGƏR XƏBƏRLƏR

Top