
Fələstin anklavının yenidən qurulmasına mane olan Qəzza zolağını partlamamış hərbi sursatlardan təmizləmək 541 milyon dollara başa gələcək.
Yeniavaz.com xəbər verir ki, bu qiymətləndirməni işğal olunmuş Fələstin ərazilərində BMT-nin mina təmizləmə proqramının rəhbəri Culius Van der Ualt təqdim edib.
Onun sözlərinə görə, minalar anklav sakinlərinin həyatı üçün gündəlik təhlükə yaradır və onun yenidənqurma prosesinin başlanmasına mane olur.
“Təkcə Qəzzada minaların yaratdığı təhlükəni aradan qaldırmaq üçün təxminən 541 milyon dollara ehtiyacımız var”, - o, Cenevrədə keçirilən brifinqdə bildirib.
Rəhbər qeyd edib ki, münaqişənin başlanğıcından bəri bu cür elementlər əksəriyyəti uşaqlar olan 1000-dən çox insanın ölümünə səbəb olub. BMT-nin hesablamalarına görə, partlamamış sursatlar anklavda hər 600 metrdə aşkar edilir.
Tətbiqimizi yükləyə bilərsiniz