
“Barselona” hücumçu Markus Reşfordu komandada saxlamaqdansa, 30 milyon avroya hücumçu transfer etməyə üstünlük verərdi.
Yeniavaz.com “Cadena SER” nəşrinə istinadla xəbər verir ki, bu barədə “Barselona”nın idman direktoru Deko bildirib.
Onun sözlərinə görə, kataloniya klubu hesab edir ki, oyunçu hücumçu Rafinyanın yoxluğunda fürsətlərindən maksimum istifadə edə bilməyib.
Klub xüsusilə Reşfordun Çempionlar Liqasının 1/4 finalında “Atletiko Madrid”ə qarşı oyunundan məyus olub.
Klub artıq hücum xəttini gücləndirmək üçün digər variantları nəzərdən keçirməyə hazırdır.
Qeyd edək ki, 28 yaşlı hücumçu 2025-ci ilin iyul ayında “Mançester Yunayted”dən icarə əsasında “Barselona”ya keçib. İspaniya klubunda o, bütün turnirlərdə 44 oyunda 12 qol vurub və 13 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı futbolçunun transfer qiymətini 40 milyon avro qiymətləndirir.
Tətbiqimizi yükləyə bilərsiniz