
Çinin süni intellekt startapı “DeepSeek” çoxdan gözlənilən yeni V4 modelini təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Şirkətin məlumatına görə, V4-ün “pro” versiyası qlobal məlumat testlərində digər açıq mənbəli modelləri üstələyir və yalnız qapalı mənbəli “Google Gemini” ailəsinə məxsus “Gemini-Pro-3.1”dən geri qalır.
V4 həmçinin daha ucuz “flash”" versiyasında təklif olunur. Bu modellərin real həyatda rəy toplamaq üçün buraxıldığı bildirilsə də, modelin nə vaxt yekunlaşdırılacağı ilə bağlı heç bir təqvim müəyyən edilməyib.
Çində yerləşən “High-Flyer Capital Management” şirkətinə məxsus “DeepSeek” şirkətinin 20 milyard dollardan çox vəsait toplamağı hədəflədiyi bildirilir. “The Information” qəzetinin məlumatına görə, hazırda texnologiya nəhəngləri “Alibaba Group” və “Tencent”in şirkətdə pay almaq üçün danışıqlar apardığı qeyd edilir.
Məlumat üçün bildirək ki, “DeepSeek” keçən il özünün ucuz modeli ilə bütün dünyada diqqət mərkəzinə çevrilib. Şirkət Vaşinqton və onun ABŞ-dəki rəqibləri tərəfindən dəfələrlə uyğunsuz və qanunsuz davranışlarda ittiham olunub.
Tətbiqimizi yükləyə bilərsiniz