İspaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilib

İspaniyanın demək olar bütün ərazisində pis hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, ölkə ərazisində sarı, yaxud narıncı təhlükə səviyyəsi qüvvədədir. İspaniyada hava kəskin soyuqlaşıb, güclü qar yağmağa və külək əsməyə başlayıb. Ölkənin bəzi regionlarında havanın temperaturu mənfi 12 dərəcəyədək enib. Fövqəladə vəziyyət rejim yalnız Kanar adalarında tətbiq olunmayıb.

DİGƏR XƏBƏRLƏR

Top