Tehran hava limanı fəaliyyətini bərpa edəcək – Bu tarixdə…


Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanı aprelin 25-də fəaliyyətini bərpa edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hava limanı məlumat yayıb.
Hava limanının məlumatına görə, ilk reyslər İstanbul və Maskat şəhərlərinə həyata keçiriləcək.
Qeyd edək ki, İranda hava nəqliyyatı 28 fevralda İslam Respublikasına qarşı başlayan ABŞ-İsrail müharibəsi ilə əlaqədar dayandırılıb.
Xatırladaq ki, bundan əvvəl İran hakimiyyəti ölkənin əsas hava limanlarından uçuşları qismən bərpa etdiyini bildirmiş, aprelin 18-də Omandan İrana ilk sərnişin təyyarəsi yola düşmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top