
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İsrail və Livan səfirləri arasında keçirilən son məsləhətləşmələrdən sonra “Truth Social” sosial şəbəkə səhifəsində bildirib.
“İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq. Yaxın gələcəkdə İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunu Ağ Evdə qəbul etməyi səbirsizliklə gözləyirəm”, - Tramp əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz