
“Yuventus” “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva ilə maraqlanır.
Yeniavaz.com xəbər verir ki, bu barədə insayder Matteo Moretto “X” sosial şəbəkə səhifəsində bildirib.
Digər tərəfdən, 31 yaşlı portuqaliyalı yayda İngiltərə klubundan ayrılacağını və azad agent olacağını elan edib.
Portuqaliyalı futbolçu 2017-ci ildən “Mançester Siti”də oynayır. Silva bütün turnirlərdə 453 oyunda iştirak edib, 76 qol vurub və 77 məhsuldar ötürmə edib.
Bu müddət ərzində o, altı dəfə İngiltərə çempionu olub, beş dəfə İngiltərə Liqa Kubokunu, üç dəfə Super Kuboku və iki dəfə İngiltərə Kubokunu qazanıb.
Futbolçunun klubla hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
“Transfermarkt” portalı oyunçunun transfer qiymətini 27 milyon avro olaraq qiymətləndirir.
Tətbiqimizi yükləyə bilərsiniz