ABŞ İranla müharibədə 1000-dən çox “Tomahawk” raketi atıb – WSJ


ABŞ İranla müharibədə 1000-dən çox uzaqmənzilli “Tomahawk”, eləcə də “Terminal High Altitude Area Defense” (THAAD) və “Patriot” raketləri də daxil olmaqla 1500-lə 2000 arasında vacib hava hücumundan müdafiə raketi atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti Amerika rəsmilərinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, tükənmiş ehtiyatları tam şəkildə bərpa etmək altı ilə qədər vaxt apara bilər.
WSJ qeyd edir ki, bu, ABŞ administrasiyası daxilində gələcək böhranlar üçün əməliyyat planlarını tənzimləmək barədə müzakirələrə səbəb olub.
Nəşrin qeyd etdiyi kimi, sursatın bu qədər xərclənməsi bəzi Amerika rəsmilərini ABŞ-nin yaxın gələcəkdə potensial “Çin işğalı” halında Tayvanı müdafiə etmək planlarını sual altında qoyur.
Bununla belə, rəsmilər qeyd edirlər ki, Çinlə münaqişə üçün əlamətlər yoxdur və Çin Prezidenti Si Cinpin gələn ay Pekində ABŞ Prezidenti Donald Trampla sammitə hazırlaşır.

DİGƏR XƏBƏRLƏR

Top