
Amerikanın idman geyimləri brendi “Nike” dünya miqyasında təxminən 1400 işçisini işdən çıxaracağını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, şirkətin Baş Əməliyyat Direktoru Venkateş Alaqirisami tərəfindən işçilərə göndərilən bir qeyddə qlobal əməliyyatlarda ediləcək dəyişikliklərlə bağlı məlumat verilib.
Qeyddə bildirilir ki, şirkətin təməlini möhkəmləndirmək, rəqabət üstünlüyünü artırmaq və uzunmüddətli gəlirli artım təmin edəcək model qurmaq üçün atılan addımlar bəzi komanda strukturlarında, iş yerlərində və işçi sayında dəyişikliklərə səbəb olacaq.
Qeyddə işçi qüvvəsinin təxminən 1400 nəfər azaldılmasının gözlənildiyi və bu ixtisarların əksəriyyətinin texnologiya sektorundakı işçilərə təsir etdiyi bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz