ABŞ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə çatdı


“USS George HW Bush” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mərkəzi Komandanlıq “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Qeyd edək ki, bu, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına çatan üçüncü Amerika təyyarədaşıyan gəmisidir.
48 ədəd F/A-18E/F qırıcı təyyarəsi daşıyan təyyarədaşıyan gəmidən əlavə, qrupa 1600 km mənzilli “Tomahawk” qanadlı raketləri ilə təchiz olunmuş “USS Mason”, “USS Donald Cook” və “USS Ross” esminetsləri də daxildir.
Onunla yanaşı, CENTCOM-un məsuliyyət zonasında “USS Abraham Lincoln” və “USS Gerald R. Ford” təyyarədaşıyan gəmiləri də var. “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi Ərəbistan dənizində döyüş növbətçiliyi aparır. “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi isə Qırmızı dənizdədir.

DİGƏR XƏBƏRLƏR

Top