ABŞ Yaponiyaya F-35 gözəgörünməz qırıcıları göndərməyə başlayıb

ABŞ ən müasir gözəgörünməz qırıcı təyyarələr hesab edilən "F-35"lərin ilk partiyasını ölkədən xaricdə, Yaponiyada yerləşdirməyə başlayıb. "Yeniavaz.com"un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, "F-35"lərin ilk partiyası artıq Yaponiyanın Yamaquti prefekturasının İvakuni hərbi hava bazasına gətirilib. Məsələ ilə bağlı Yaponiyanın "Kiodo" agentliyinin bildirdiyinə görə, İvakunidə yerləşdiriləcək 16 ədəd "F-35"-lər həmin bazadakı köhnəlmiş hesab edilən "F/A-18" və "AV-8" Harrier qırıcı təyyyarələrini əvəz edəcəklər.

Xatırladaq ki, ötən ay İvakuni şəhər rəhbərliyi özünün xüsusi iclasında "F-35" gözəgörünməz qırıcı təyyarələrinin bölgədə yerləşdirilməsinə razılıq vermişdi. Lakin bunun ardınca hərbi hava bazasındakı "F/A-18" qırıcı təyyarəsini qəzaya uğramasından sonra ABŞ müasir hərbi qırıcı təyyarələrinin İvakunidə yerləşdirilməsini bir müddət təxirə salmalı olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top