Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər


İranın Ali Lideri Müctəba Xamenei ABŞ və İsrailin hücumları nəticəsində üzündəki yanıqlar da daxil olmaqla ciddi zədələr alıb və daha bir əməliyyata ehtiyacı ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadla məlumat verib.
Nəşrin məlumatına görə, Xamenei bir qrup həkimin nəzarəti altındadır və artıq üçü ayağında, biri qolunda olmaqla bir neçə əməliyyat keçirib.
Zədələrinə baxmayaraq, o, aktivliyini qoruyur, lakin video və ya audio mesajlar yazmır, çünki qəzetin qeyd etdiyi kimi, hadisədən sonra ilk dəfə ictimaiyyət qarşısında bu şəkildə görünmək istəmir.
Digər tərəfdən, aprelin 12-də “Reuters” agentliyi İran liderinə yaxın mənbələrə istinadla bildirib ki, o, Tehrandakı iqamətgahına endirilən hava zərbəsi nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı üçün ictimaiyyət qarşısına çıxmır. Agentliyin məlumatına görə, Xamenei ayaq xəsarətləri də daxil olmaqla, ciddi xəsarətlər alıb. Həmçinin, Pentaqon rəhbəri Pit Heqset də ağır xəsarətlərinə baxmayaraq, Xameneinin sağ olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top