
ABŞ Prezidenti Donald Tramp İranın ABŞ ilə razılığa gəlmək üçün çox az vaxtının olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində qeyd edib.
“Mənim dünya qədər vaxtım var, amma İranın yoxdur. Saat işləyir!” - deyə o yazıb.
Tramp Hörmüz boğazının blokadasının güclü təsirindən bəhs edib və qeyd edib ki, razılaşma yalnız Vaşinqton üçün məqbul olduqda əldə edilə bilər.
Qeyd edək ki, Amerika lideri daha əvvəl özünün “Truth Social” sosial şəbəkə səhifəsində ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazının sularında mina yerləşdirən istənilən gəmini, hətta kiçik qayıqları belə vurub məhv etməyi əmr etdiyini yazmışdı.
Xatırladaq ki, 21 apreldə İslamabadda keçiriləcək ABŞ-İran danışıqlarının əsas mövzuları kimi zənginləşdirilmiş uran və Hörmüz boğazı olacağı açıqlanmış, lakin Tehranın danışıqlar qrupu görüş üçün Pakistan paytaxtına getməkdən imtina etmişdi. İran Vaşinqtonu atəşkəs öhdəliklərini pozmaqda və Livanda atəşkəs şərtlərini İsrailə diktə etməkdə iddia etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz