Paşinyan Türkiyə bayrağının yandırılmasını qəbuledilməz adlandırdı


Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Respublika Meydanında Türkiyə bayrağının yandırılmasına reaksiya verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş nazir Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb. 
Bildirilib ki, Paşinyan bu hərəkəti təxribatçı və qəbuledilməz adlandırıb:
“Baş nazir Nikol Paşinyan belə bir hərəkəti qınayır, məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən də qonşu ölkənin bayrağının yandırılmasını dövlət başçısı başqa cür qiymətləndirə bilməz”.
Qeyd edək ki, İrəvanda qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı ənənəvi keçirilən yürüşdə Türkiyə bayrağı yandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top