
İranın vəliəhd şahzadəsi Rza Pəhləvi Berlində hücuma məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, hadisə onun Almaniyanın paytaxtında keçirdiyi mətbuat konfransından sonra baş verib.
Belə ki, Pəhləvi binadan çıxarkən naməlum şəxs ona qırmızı maye atıb.
Hücumdan sonra, şahzadə toplaşan tərəfdarlarını salamlayaraq hadisə yerini tərk edib.
Polis əməkdaşları şübhəli hücumçunu tez bir zamanda saxlayıblar.
Tətbiqimizi yükləyə bilərsiniz