Bugünkü əməliyyatda saxlanılanların adları açıqlandı − Yenilənib


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin prokurorluq tərəfindən keçirilən əməliyyatla saxlanılan əməkdaşları hakim qarşısına çıxarılıblar.
Yeniavaz.com
 APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi prokurorun təqdimatını təmin edib.
Qərara əsasən təqsirləndirilən şəxslərin hər biri-Araz Kərimli, Niyam Mədətsoylu, Etibar Əliyev, Şamil Alıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (mütəşəkkil dəstə tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

***15:35
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı, Cəbrayıl, Ağdaş, Qaradağ rayon şöbələrində əməliyyatlar keçirib.
Yeniavaz.com xəbər verir ki, əməliyyatlar nəticəsində şöbələrin vəzifəli şəxsləri saxlanılaraq Bakıya gətirilib.
Saxlanılanlar barəsində yaxın günlərdə qətimkan tədbiri seçilməsi gözlənilir.
Onlar rüşvət almaqda ittiham olunurlar.
Baş Prokurorluğun mətbuat xidməti faktı təsdiqləyib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top