Türkiyədə 15 yaşdan kiçiklər üçün sosial şəbəkələr qadağan edildi


Türkiyə Böyük Millət Məclisi (TBMM) 15 yaşdan kiçiklər üçün sosial şəbəkə platformalarına girişi qadağan edən qanunu qəbul edib.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, yeni qanunla sosial şəbəkə provayderləri 15 yaşdan kiçik istifadəçilərə xidmət təklif edə bilməyəcək və yaş təsdiqlənməsi də daxil olmaqla zəruri tədbirlər görməyə məcbur olacaqlar.
15 yaşdan yuxarı uşaqlar üçün isə ayrıca xidmətlər göstəriləcək və bu məsələ ilə bağlı görülən tədbirlər şirkətlərin veb saytlarında dərc olunacaq.
Sosial şəbəkə provayderlərindən həmçinin valideyn nəzarəti vasitələri təklif etmələri tələb ediləcək. Bu vasitələrə hesab parametrlərinin monitorinq olunması, ödənişli əməliyyatlar üçün valideyn təsdiqinin tələb edilməsi və istifadə müddətinin nəzarətdə saxlanması daxil olacaq.
Böyük sosial şəbəkələr zərərli məzmun meydana çıxdıqdan sonra bir saat ərzində müdaxilə etməli olacaqlar.
Qanun rəsmən dərc edildikdən 6 ay sonra qüvvəyə minəcək.

DİGƏR XƏBƏRLƏR

Top