
”Barselona” klubu və İspaniya millisinin hücumçusu Lamin Yamal İspaniya La Liqasının 33-cü turunda “Selta Viqo” ilə oyunda (1-0) zədələnib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Nəşrin məlumatına görə, Yamal penalti zərbəsini yerinə yetirərkən zədə alıb. Daha sonra isə o əvəz edilib.
Nəşrin bildirdiyinə görə, ilkin testlər bud əzələsinin yırtılmasını göstərir.
Əgər diaqnoz təsdiqlənsə, Yamal mövsümün qalan hissəsini və Dünya Çempionatının ilk oyunlarını buraxacaq.
Qeyd edək ki, ispaniyalı futbolçu bu mövsüm “Barselona”da bütün turnirlərdə 45 oyun keçirib, 24 qol vurub və 16 məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz