Niyə “adapterlər” tez sıradan çıxır?


İstifadəçilərin gündəlik istifadə zamanı yol verdiyi səhvlərin “adapterlərin” tez sıradan çıxmasına səbəb olduğu müəyyən edilib.
Yeniavaz.com
BBC-yə istinadən xəbər verilir ki, bir çox istifadəçi adapterin şnur hissəsinin səhv bükülməsinin onun zədələnməsinə səbəb olduğunu düşünsə də, mütəxəssislər bu fikri təsdiqləmir.
Aparılan testlər göstərib ki, şnurun necə bükülməsi onun sıradan çıxmasına ciddi təsir etmir. Mütəxəssislərin sözlərinə görə, əsas problem şnurun özü deyil, onun ucu, yəni konnektor hissəsidir.
Bildirilir ki, adapterlərdə nasazlıqlar ən çox məhz bu hissədə baş verir. Bunun səbəbi isə istifadə zamanı təzyiq və əyilmənin bir nöqtədə toplanmasıdır. Metal naqillər eyni yerdə dəfələrlə əyildikdə struktur baxımından zəifləyir və nəticədə qırılır. Bu proses kağız klipsin təkrar-təkrar əyilib sınmasına bənzədilir.
Araşdırmaya görə, istifadəçilərin ən çox yol verdiyi səhvlər bunlardır: Adapteri çıxararkən şnur hissəsindən dartmaq, telefon şarjda olarkən şnuru kəskin bucaq altında istifadə etmək, qısa şnuru dartaraq istifadə etmək, telefonu şnurun üzərində saxlayaraq əlavə təzyiq yaratmaq.
Mütəxəssislər həmçinin bildirir ki, ucuz və keyfiyyətsiz adapterlər daha tez sıradan çıxır. Daha möhkəm, xüsusilə hörmə örtüyə malik şnurlar isə daha uzunömürlü olur.

DİGƏR XƏBƏRLƏR

Top