
İranla bağlı münaqişənin başlanğıcından bəri Aİ-nin əlavə enerji xərcləri 24 milyard avroya çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) enerji komissarı Dan Yorqensen Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
O, hər gün üçün bu xərcləri təxminən 500 milyon avro qiymətləndirib.
Aİ komissarı qeyd edib ki, xərclərin artması bütün Aİ ölkələrində - həm sənaye səviyyəsində, həm də əhali səviyyəsində hiss olunur.
Tətbiqimizi yükləyə bilərsiniz